AZ

Telefonumuzun bu xüsusiyyətlərindən indiyədək xəbərimiz olmayıb – hətta gizli nömrəni də özümüz müəyyən edə bilərik

620cd71a105ea68ba18bf223eef3f14f.jpg
31.10.2019 15:32

Bu gün demək olar ki, hər kəs smartfondan istifadə edir. Buna baxmayaraq, hamı bəzi açar kombinasiyalarla mövcud gizli xüsusiyyətləri aktiv edə biləcəyini bilmir. Əslində çox sayda belə xüsusiyyətlər mövcuddur və bunların bəzilərini bütün telefonlarda tətbiq etmək olar. Qalanları isə müəyyən telefon modellərinə uyğun gəlir. Bunların hamısı bizim üçün faydalı ola bilər.

 

TED.az olaraq telefonunuzun gizli xüsusiyyətlərini aşkara çıxarmaq üçün faydalı olan bəzi əməliyyatları araşdırdıq.

 

İMEİ nömrəsini öyrənmək üçün *#06# şifrəsini yığmaq kifayətdir. Bu əməliyyatı həm iPhone, həm də Android istifadəçiləri tətbiq edə bilər. Bu kodu yığaraq qısaca “IMEI” adlandırdığımız beynəlxalq mobil cihaz identifikasiya nömrənizi öyrənə bilərsiniz. Qeyd edək ki, İMEİ yalnızca sizin telefonunuza aid olan bir koddur. Telefonunuz itdiyi və ya oğurlandığı halda İMEİ nömrəniz məlumdursa servisə müraciət edərək telefonun istifadəsini asanlıqla dayandıra bilərsiniz. Polislər bu nömrədən itmiş telefonları tapmaq üçün istifadə edir.

 

Statistika və gizli menyu. *#*#4636*#*# kodu cihazınızın modelindən asılı olaraq müxtəlif məlumat almağınıza kömək edər. Bu şifrə Androidlərdə Wİ-Fİ siqnalı, batareya və əsas prosesin istifadə statistikasını əks etdirir. Bu seçimlərin hər biri müxtəlif gizli məlumatlara malikdir. Məsələn, batareya statistikasında  batareyanın vəziyyətini, səviyyəsini və hətta istilik dərəcəsini öyrənə bilərsiniz. Bundan başqa, bu kodu “Motorola” modellərinə tətbiq etdikdə telefonun gizli menyusu ortaya çıxar.

 

Gələn zəngləri deaktiv etmə şifrəsi sadəcə iPhone-lar üçün yararlıdır. Bunun əsas məqsədi gələn zəngləri deaktiv etməkdir. *33*# kodunu yığacaqsınız və gələn zənglər sizi narahat etməyəcək. Xidmətin özünü deaktiv etmək üçün isə #33*pin# kodunu yığmağınız kifayətdir.

 

Androidlərdə fabrik parametrlərini dərhal bərpa etmək üçün *#*#7780#*#* şifrəsini yığmaq kifayətdir. Bu şifrə vasitəsilə Google hesabı parametrlərini, tətbiq məlumatlarını və bütün parametrləri ləğv etmək mümkündür. Lakin yadınızda qalsın ki, bu tətbiqin geri dönüşü yoxdur. Yəni çox vacib bir səbəb yoxdursa, bu funksiyadan istifadə etməyin.

 

Bütün parametrləri sıfırlamaq üçün *2767*3865# şifrəsini yığırıq. Bu tətbiq, nəinki telefonunuzun fayllarını və parametrlərini silir, həm də telefonunuzun proqram təminatını yenidən quraşdırır. Buna görə də bunu etməzdən əvvəl yaxşıca düşünün. Şifrə yalnız Android cihazlarında aktivdir.

 

Yalnızca iPhone istifadəçiləri rabitə keyfiyyətin yaxşılaşdırmaq üçün *3370# kombinasiyasını tətbiq edə bilər. Bu də EFR (Emergency First Response – yəni təcili ilk reaksiya) kodlaşmasını açır, keyfiyyəti yüksəldir, amma batareyanın ömrünü azaldır. Eyni şifrəni bir daha tətbiq etməklə bu funksiyanı dayandıra bilərsiniz.

 

Öz səsinizi dinləyə bilərsiniz. Bu funksiya yalnız Androidin istifadəçiləri üçündür. *#*#8351#*#* şifrəsini yığıb son 20 telefon danışığı zamanı nə dediklərinizə qulaq asa bilərsiniz. Funksiya sizə danışıq zamanı unutduğunuz hansısa bir ifadəni xatırladar.

 

iPhone istifadəçiləri *#5005*7672# şifrəsini yığmaqla servis mərkəzinin nömrəsini dərhal öyrənə bilərlər.

 

Android istifadəçiləri telefonun yandırıb-söndürmə düyməsini sıxan zaman qarşılarına kiçik bir menyu çıxır. Bu menyuda səssiz rejim, avtopilot rejimi və telefonu söndürmək təklifi görünür. Yandırma-söndürmə düyməsinin işini dəyişdirə bilərsiniz. Belə ki, *#*#7594#*#* şifrəsini yığın və telefon o kiçik menyunu göstərmədən birbaşa sönsün.

 

“Galaxy” istifadəçiləri *#0011# yığaraq servis menyusu ilə dərhal əlaqə yarada bilərlər.

 

Səsli mesaja yönləndirmə funksiyası hamıya gərək ola bilər. Bəzən telefonla danışmağa  imkanımız və ya həvəsimiz olmur. Bu cür hallarda iPhone istifadəçiləri *#21#  yığaraq gələn zəngləri səsli mesaja yönəldə bilərlər. Yenə eyni şifrəni tətbiq etməklə funksiyanı deaktiv etmək olar.

 

Gizli nömrədən gələn zəngi müəyyən etmək üçün *#30# şifrəsini tətbiq edə bilərsiniz. Bu funksiya iPhone istifadəçiləri üçündür. Amma siz şifrəni yığdığınız zaman gələn zəng kəsilməməlidir.

 

Günay ƏLİYEVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox