iPhone 11 Pro Max Azərbaycanda: qiyməti və özəllikləri

Dünyaca məşhur “Apple” şirkətinin ən son telefon modeli olan “iPhone 11 Pro Max” artıq azərbaycanlı telefon həvəskarları üçün də əlçatandır. Buna rəğmən modelə istehlakçı yanaşması birmənalı deyil. Əksəriyyət cihazın qiymətini kosmik hesab edir.
TED.az olaraq “TEDfon” rubrikasında sözügedən modelin qiyməti və özəlliklərini araşdırmışıq:
iPhone 11 Pro Max 256GB Dual
Bu model təkmilləşmiş qrafik özəllikləri sayəsində rəngləri daha canlı və dolğun təqdim edir. 12Mp ölçülü 3 arxa, 1 ön kameraya malik iPhone 11 Pro Max 256GB Dual mükəmməl fotolar çəkməyinizə imkan verir.
4 GB operativ, 256 GB daxili yaddaş sayəsində istədiyiniz tətbiqetmələr və mobil oyunlar artıq sizin üçün daha əlçatandır. Sürətli enerji yığa bilən, 3969 mAs batareyaya malik bu modelə sahib olmaqla vaxtınıza da qənaət edə biləcəksiniz. iOS əməliyyat sisteminin iOS 13 versiyasının rahat və müasir interfeysi ilə təqdim olunan smartfon həyatınızı asanlaşdıracaq.
Hexa-core (2x2.65 GHz+4x1.8 GHz) prosessoru ilə təchiz olunub. 3G, 4G, GPS, NFC, üztanıma texnologiyası da mövcuddur. İki sim karta sahib, suyadavamlı mobil cihazın ağırlığı 226 q, ölçüsü isə 158x77.8x8.1 mm-dir.
Bu model “Apple”ın Azərbaycandakı rəsmi distribüteri Alma Store-da endirimlə 2565 manata satılır. Endirimsiz qiymət isə 2675 manat təşkil edir.
Telefonu müəyyən faiz hesablanmaq şərti ilə 6-24 aylıq kreditlə də əldə etmək mümkündür.
Bundan başqa, məhsula 1 illik pulsuz rəsmi zəmanət də verilir.
Telefon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 3579,99 manata təklif olunur.
Bundan başqa, mağaza mobil cihazı müəyyən faizlə 6-18 aylıq kreditlə də müştərilərə təqdim edir. Bunun üçün əvvəlcədən 1240 manat ödəniş lazım gəlir. Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.
Məhsul nisyə satılan zaman sistemdə yuvarlaqlaşdırma tətbiq olunduğuna görə ümumi qiymətdə fərq yarana bilər.
Sözügedən telefon Optimal Electronics-də 3339 manatdır.
Mağazada, həmçinin pulsuz çatdırılma xidməti təklif olunur.
İrşad Elektronics-in saytında bu telefon müştərilərə 3499 manata təklif edilir. Albalıkart və Birkart istifadəçiləri 18 aylıq faizsiz kreditdən yararlana bilərlər.
Digər müştərilər müəyyən faiz ödəməklə 6-18 aylıq kredit şərtindən istifadə edə bilərlər.
Məhsulun rəsmiləşdirilməsi zamanı 4-10% komissiya məbləği tələb oluna bilər.
Baku Electronics-in saytında isə sözügedən telefon 3459 manatdır. 12 aylıq kreditlə alındıqda isə smartfonun qiyməti 4212 manat təşkil edir.
Maxi.az-da sözügedən model 3359 manata satılır. Endirimsiz qiymətə isə 3599 manatdır. Əlavə olaraq, mağaza alıcılara 33,59 manat bonus təklif edir.
Mağazada 2-24 aylıq müxtəlif şərtli kredit xidməti də var.
World Telecom-un saytında bu telefon 3259 manatadır. Birkart istifadəçilərinə 18 aylıq faizsiz kreditlə təklif olunur.
Mağaza, həmçinin müştərilərə 6-12 aylıq kredit fürsəti də verir. İlk seçimdə faiz tətbiq olunmur. Bunun qarşılığında isə ilkin ödəniş kimi, alıcı 1629,5 manat ödəməlidir.
Cavid QƏDİR
Texnologiya bölməsindən digər xəbərlər
ROG Xbox Ally bu tarixdə gəlir


Toyota satış rekordları qırdı! Bəs necə?


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


Samsungun gəlirləri azaldı! Niyə?


Daha ucuz Galaxy S25 gözləniləndən tez gələ bilər


iOS 26 beta versiyası rekordlar qırdı


Meta səhm dəyəri ilə təəccübləndirir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


PlayStation 6 və PSP 2 ortaya çıxdı


“Apple” süni intellektə investisiyaları artıracaq


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


Meta ağıllı saatlarla gəlir


Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda


AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

“Yaradıcı Gənclərin Rəqəmsal Qalareyası” layihəsinə start verildi


Həftənin ən çox oxunanları
Daha kiçik bir Tesla Cybertruck gəlir


Instagram məkan paylaşımını necə söndürmək olar?


Meta ağıllı saatlarla gəlir


Eynşteyn bir əsrlik işıq təcrübəsində səhv olduğunu sübut etdi


Ray-Ban Meta ağıllı eynəkləri rekordlar qırır


ROG Xbox Ally bu tarixdə gəlir


WhatsApp profil şəkilləri üçün yeni funksiyasını elan etdi


“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir


Xiaomi Mix Flip 3 üçün ilk məlumat gəldi


Samsungun gəlirləri azaldı! Niyə?

