AZ

Statistika Komitəsinə hesabat e-formada necə göndərilir? – İZAH

21dc0997c05574be62d4d7540e16e441.jpg
12.11.2019 11:47

Dövlət Statistika Komitəsinə hesabatları elektron qaydada təqdim etmək mümkündür.

 

TED.az xəbər verir ki, komitə informasiya texnologiyalarının imkanlarından istifadə edərək, respondentlərin işini asanlaşdırıb. Qurum onların üzərinə düşən informasiya yükünü, hesabat formasının tərtibinə və onun yerli statistika orqanlarına təqdim olunmasına sərf etdikləri vaxtı azaltmaq məqsədilə hesabatların elektron formada təqdim olunması üçün şərait yaradıb.

 

Respondentlər bu xidmətlərdən istifadə etməklə hesabatları öz ofislərindən kənara çıxmadan təqdim etmək və bu hesabatların arxivini yaratmaq imkanına malikdirlər.

 

Hesabatların elektron təqdimatı həm real-vaxt (onlayn) rejmində, həm də elektron poçtla həyata keçirilə bilər.

 

Hesabatların onlayn təqdim olunması üçün heç bir əlavə proqramın yüklənməsinə ehtiyac yoxdur. Müəssisə internetə çıxışı olan istənilən kompüterdən istifadə etməklə müvafiq hesabat forması üzrə öz məlumatlarını Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edə bilər.

 

Həmçinin respondentlərin işini asanlaşdırmaq üçün onlayn elektron sorğu kitabları hazırlanıb. Respondent "Təqdimediləcək hesabatlar haqqında məlumat" bölməsinə daxil olduqda avtomatik olaraq proqram tərəfindən müvafiq hesabat dövrünə uyğun doldurulacaq hesabatların siyahısı ona təqdim olunur.

 

Hesabatların real-vaxt rejimində təqdim olunması ilə yanaşı, bəzi hesabat növləri var ki, hazırkı mərhələdə bu hesabatlar yalnız elektron poçt rejimində (offlayn) təqdim olunur. Hesabatları elektron poçt rejimində təqdim etmək üçün aşağıdakı işləri yerinə yetirmək lazımdır:

 

- Proqram sisteminin əhatəsini öz kompüterinizə yükləyin. Əgər istifadə etdiyiniz sistemdə Visual FoxPro 6.0 varsa, əhatənin yüklənməsinə ehtiyac yoxdur. Bu iş yalnız bir dəfə həyata keçirilir. Müvafiq proqram təminatını yükləmədən əvvəl kompüterə istifadə olunacaq kataloq, təsnifatları yükləmək zəruridir;

 

- Siz təqdim edəcəyiniz statistik hesabatı seçərək müvafiq proqram təminatını yükləyirsiniz. Hər statistik hesabat növü üçün bir dəfə yükləmək kifayətdir. (statistik hesabat formalarına keçid) Müvafiq statistik hesabatı ekranda dolduraraq statistika orqanına elektron poçt vasitəsi ilə təqdim edirsiniz.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox