AZ

ADA-nın tələbələri proqramlaşdırma müsabiqələrində ilk top beşlikdə yer alırlar – AÇIQLAMA

f3a4ab312eb4bdce460a0abee19d983f.jpg
22.11.2019 16:40

"ADA universitetinin tələbələri proqramlaşdırma müsabiqələrində ilk top beşlikdə yer alırlar. Eləcə də, universitetin məzunları beynəlxalq data analitikası üzrə dünya miqyasında keçirilən müsabiqələrdə yüksək nəticə göstərirlər".

 

TED.az xəbər verir ki, bunu ADA Universitetinin İT və mühəndislik fakültəsinin dekanı Araz Yusubov deyib.

 

Araz Yusubov bildirib ki, ADA Universiteti bu sahələrlə bağlı tədris prosesini daha da inkişaf etdirəcək: "Gələn ildən etibarən Data analitikası üzrə magistr proqramına başlayacağıq. Bu istiqamətdə artıq müəyyən işlər aparılır. ADA Universiteti bu layihəni ABŞ-ın Corc Vaşinqton Universiteti ilə həyata keçirəcək".

 

Zeynəb ƏKBƏR

Elm bölməsindən digər xəbərlər

Daha çox