AZ

Python proqramlaşdırma dilinin əsasları mövzusunda meetup keçiriləcək

21831e821a33e346a863a481bd1f17ec.jpg
26.11.2019 20:00

İnnovasiyalar Agentliyində təlimçi Cavidan Həsənli ilə “Python” proqramlaşdırma dilinin əsasları mövzusunda “meetup” keçiriləcək.

 

TED.az xəbər verir ki, təşkil olunacaq “Meetup” Python proqramlaşdırma dili ilə qısaca tanışlıq, python proqramlaşdırma dilinin tarixçəsi, istifadə sahələri, python ilə web: Flask Framework və Django framework ilə tanışlıq və bunların istifadə mövqeləri, Python ilə praktika: Django framework-un tətbiqi kimi mövzuları əhatə edəcək.

 

Meetup 7 dekabr saat 11:00-da keçiriləcək.

 

Qeyd edək ki, Cavidan Həsənli Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Mover.az-da Python Web Developer vəzifəsində, “Tech Academy”də mentor olaraq çalışıb. Bir çox "meetup"larda spiker kimi çıxış edib.

 

İştirak pulsuzdur. Qeydiyyat üçün linkə daxil olaraq anketi doldurmağınız vacibdir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox