AZ

SOCAR vakansiyalar üzrə test suallarını veb səhifəsində yerləşdirib

eb1c4e33dd6c873458be32463c8052ec.jpg
24.04.2019 11:43

SOCAR-da çalışmaq istəyən vətəndaşların daha çox məlumatlı olması, yalançı iş dəllallarının və dələduzların toruna düşməməsi, işə qəbul mərhələsində qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün şirkət mütəmadi olaraq zəruri addımlar atır.

 

TED.az xəbər verir ki, növbəti addım vakansiyalar üzrə test suallarının SOCAR-ın rəsmi veb səhifəsində (http://socar.az/socar/az/careers/assesment/test-samples) yerləşdirilməsi olub. İlk olaraq “Atıcı(Mühafizəçi)” vakansiyası üzrə işə qəbul olmaq istəyən vətəndaşlara imtahana düşəcək test sualları ilə tanış olmaq imkanı verilib. SOCAR-ın İnsan Resursları Departamenti gələcəkdə digər vakansiyalar üzrə test suallarını da saytda yerləşdirəcək

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox