EuroHome-da yanğının söndürülməsinə 3 helikopter cəlb edildi - YENİLƏNİB
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) əraziyə yeni texnika və əlavə qüvvə cəlb edib.
Nazirlikdən TED.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən
- 29 ədəd texnika və 150 nəfər canlı qüvvə;
- Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə;
- Aviasiya dəstəsindən 3 ədəd helikopter;
- 1 ədəd “BE-200ÇS” tipli təyyarə;
- Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. (FHN)
*** 11:10
Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə 3 helikopter cəlb edilib.
TED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.