AZ

TURAL KƏRİMLİ: BioPlastik zavodu özündə bir sıra innovativ texnologiyalarları əks etdirəcək

578fcecf13f4b21cffeb1b92c15bb521.jpg
11.12.2019 18:05

"BioPlastik zavodun tikintisinə dair layihə özündə bir sıra innovativ texnologiyalarları əks etdirir".

 

TED.az xəbər verir ki, bunu İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli deyib.

 

 

Tural Kərimli bildirib ki, hazırda dünyada 40-a yaxın ölkə plastik paketlərin və plastik qazların istifadəsindən imtina edib: "Bu layihənin Azərbaycanda həyata keçirilməsi olduqca mühümdür. Çünki sözügedən layihə həm də ekoloji cəhətdən vacibdir. Layihə ətraf mühitin, su hövzələrinin ekoloji təmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik, başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır. Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbon qazının) həcmi sıfra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən "PLA" polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək".

 

""PLA" xüsusi texnoloji proseslər (fermentləşdirmə, saflaşdırma, oliqomerləşmə və polimerləşmə) nəticəsində şəkərdən əldə edilmiş məhsuldur. Qarğıdalı və şəkər onun istehsalı üçün xammal mənbəyi olacaq", - deyə agentliyin sədri əlavə edib.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox