AZ

Elektrik enerjisindən istifadə qaydaları dəyişib

e143d2ea174b7269ebe4c6b282a35466.jpg
22.04.2024 17:57

Elektrik enerjisindən istifadə qaydaları dəyişib.

 

TED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və sənədlər əsasında keçiriləcək. İndiyə qədər bu hədd 150 kVt nəzərdə tutulmuşdu.

 

Bu qərara uyğunlaşdırmaq məqsədilə “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na da analoji dəyişiklik edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox