AZ

AzTU-da Horizon 2020 proqramı üzrə seminar keçirilib

d63431ff29a50387a14e8bffe072131a.jpg
11.12.2019 18:15

Dekabrın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar keçirilib.

 

TED.az xəbər verir ki, AzTU-nun prorektoru, professor Sübhan Namazov universitetin elmi-tədqiqat istiqamətlərindən, alimlərin potensialından danışıb. Prorektor Avropa Komissiyasının Tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramının Azərbaycan alim və mütəxəssisləri üçün əhəmiyyətini vurğulayıb.

 

Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva Avropa Komissiyasının çərçivə proqramının növbəti “Horizon Avropa” mərhələsi, perspektivləri, “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan yeniliklər haqqında məlumat verib.

 

Daha sonra AMEA-nın proqram üzrə milli əlaqələndirici şəxsləri – Tofiq Babayev, Rövşən Kərəmov, İlham Hümbətov və Zaur Həsənov “Horizon 2020”-nin proqramları haqqında iştirakçılara geniş məlumat verib və sualları cavablandırıblar.

 

Çıxışlarda Proqram çərçivəsində hazırlanan layihələr, məqsədi, iştirak qaydaları və maliyyə şərtləri haqqında danışılıb.

 

Seminarda AzTU-nun professor-müəllim heyəti, dekanlar və kafedra müdirləri iştirak ediblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox