AZ

iPhone istehsalçıları elektromobil bazarına girir - Fiat şirkəti ilə ortaqlıq quruldu

114fc61aa8c9bae9ad4ce4eebeaab825.jpg
18.01.2020 15:46

iPhone modellərini istehsal edən, Çinin elektronika tədarükçüsü olan Foxconn və İtaliyanın Fiat şirkəti birgə elektromobil istehsalına qərar verib. 

 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində avtomobil istehsal etmək üçün böyük addım atan ortaqlar ilk istehsalı da elə bu ölkədə həyata keçirəcək. Daha sonra isə məhsulun dünya bazarına çıxarılması gözlənilir.

 

Çinin necə böyük bir bazar olduğunu və elektrikli avtomobillərə bu bazarda nə qədər çox tələb olduğunu bilən Fiat rəsmilərinin bu addımı çox məntiqli görünür. Bu ortaqlıqdan hər iki şirkətin böyük gəlir əldə edəcəyinə şübhə yoxdur. İstehsal ediləcək avtomobillər barədə detallar açıqlanmayıb. 

 

Xatırladaq ki, İlon Maskın sahibi olduğu Tesla artıq Çində elektromobil istehsalına başlayıb. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox