AZ

Azərbaycana səfər edən əcnəbilər üçün sayt yaradıldı

41b0d5a7690f27f59bf62225f3c39f77.jpg
23.01.2020 11:25

Bu gün Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Yol sənədləri təqdim olunub, həmçinin yeni yaradılmış http://www.migrationto.az saytının prezentasiyası keçirilib.

 

TED.az xəbər verir ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirilən "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)" layihəsi çərçivəsində hazırlanmış migrationto.az veb-saytı AR-a səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkənin tarixi və mədəniyyəti, turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır.

 

"Dövlət Miqrasiya xidməti ilə beynəlxalq tərəfdaşların birgə hazırladığı migartionto.az saytı fəaliyyətə başlayacaq".

 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

 

O, fəaliyyətə başlayan saytın ölkəyə səfər edən əcnəbiləri miqrasiya perspektivindən məlumatlandırma üçün nəzərdə tutulduğunu qeyd edib: "Saytda ölkəyə səfərin təyinat və məqsədindən asılı olmayaraq vizaların əldə edilməsi mexanizmi, əcnəbilərin ölkədə yaşaması üçün mövcud qaydalar və işgüzar fəaliyətə başlamaq üçün tələblər qeyd olunacaq. Veb-sayt Azərbaycan dilindən başqa rus və ingilis dilində də fəaliyyət göstərəcək. Yaxın zamanlarda saytdakı məlumatların fransız və ərəb dillərində də yayımlanması nəzərdə tutulub".

 

V.Hüseynov saytda Azərbaycanın milli-mənəvi dəyərlərinin də təbliğ olunacağını qeyd edib.

 

Nuranə DAXİLQIZI

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox