AZ

Azərbaycanda yeni qadın saytı fəaliyyətə başladı – Foto

678a81125961fa07a973e2392e82e881.jpg
19.02.2020 11:55

Azərbaycan media məkanında yeni bir qadın saytı fəaliyyətə başlayıb.

 

TED.az xəbər verir ki, Qadinklubu.com artıq internet istifadəçilərinin ixtiyarındadır. Saytın təsisçisi və baş redaktoru Gülər Hüseynlidir.

 

Sayt əsasən xanım oxucular üçün nəzərdə tutulub. Hər yaş qrupundan olan xanımların marağına səbəb olacaq xəbərlər dərc olunacaq. Saytda ana və uşaq, sağlamlıq, gözəllik, dəb, həkim məsləhəti, pəhriz, evlilik, müsahibə, Azərbaycan və dünya mətbəxindən reseptlər və həmçinin digər mövzularda da yazılar, xəbərlər yer alacaq.

 

Gələcəkdə saytın rus və ingilis dilli bölmələrinin də yaradılması nəzərdə tutulur.

TED + bölməsindən digər xəbərlər

Daha çox