AZ

Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başladı – FOTO

4400d361fa26ee3bb4095a960ba50f69.jpg
22.02.2020 14:15

Xaçmaz KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb. 


TED.az xəbər verir ki, mərkəz Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılıb. 


Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları, maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstərilir.


Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ötən ilin dekabr ayında inkubasiya iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib, istehsal və xidmət sahələri üzrə 35 rezident seçilib. Rezidentlər Biznes İnkubasiya Mərkəzində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz edilmiş işçi otaqlarla təmin olunacaq və onlara xidmətlərdən hər cür faydalanmaq imkanı yaradılacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox