AZ

İsveç Bankı kriptovalyuta yaradır

 

59a208b75d7aaee5f8f3bbc48ad8cf48.jpg
22.02.2020 15:03

İsveçin Mərkəzi Bankı “Accenture” konsultasiya şirkəti ilə birlikdə elektron kron yaratmaq üçün texniki həll axtarışındadır.


TED.az xarici mətbuata istinadən xəbər verir ki, İsveç Bankı rəqəmsal valyuta üzrə pilot layihə üzərində işləyir. Layihə 2021-ci ilin fevralına qədər davam edəcək.


Elektron kronda istifadə olunan texnologiya ABŞ maliyyə və texnoloji tədqiqat şirkəti “R3 Corda” tərəfindən hazırlanmış “Corda” platformasına əsaslanır. Test isə simulyasiya rejimində aparılacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox