AZ

BMU-da növbəti distant təlim keçirilib

 

a768d3f5dc5c4f389b9bfca70b2cc2fb.jpg
06.04.2020 11:39

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti distant təlim baş tutub. 

 

TED.az xəbər verir ki, “İngilis dili öyrənməyin müasir metodları” adlı təlim Kembric Universitetinin CELTA beynəlxalq sertifikatlı müəllimi, təlimçi Orxan Həsənov tərəfindən keçirilib.

 

İki gün davam edən təlimdə ingilis dili öyrənməyin effektiv metodları və səviyyə artırılması haqqında ətraflı məlumat verilib,  IELTS imtahanına hazırlıq zamanı diqqət ediləsi nüanslar vurğulanıb.

 

Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

 

Qeyd edək ki, bundan öncə TEC-in təşkilatçılığı ilə karantin dövündə iki distant təlim təşkil olunub. Mühəndislik, həmçinin Memarlıq və inşaat fakültələrinin tələbələri üçün nəzərdə tutulan “Tədqiqat metodları” adlı ilk təlim Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev tərəfindən keçirilib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Zabitə Teymurlu tərəfindən keçirilən eyniadlı ikinci təlim isə Pedaqoji fakültənin tələbələri üçün nəzərdə tutulub.

Elm bölməsindən digər xəbərlər

Daha çox