AZ

İsrail şirkəti: Feysbuk istifadəçilərini izləmək üçün bizə müraciət edib

 

ee724309b42cbbe2a7823b0de4a709f6.jpg
07.04.2020 09:42

İsrail şirkəti NSO-dan Feysbukun istifadəçilərini izləmək üçün onlara müraciət etdiyi məlumatı yayılıb. 

 

TED.az xəbər verir ki, bir neçə il öncə Feysbuk NSO şirkətinin yaratdığı Pegasus proqramının pis məqsədlərə xidmət etdiyini və istifadəçilərin fərdi məlumatlarını oğurladığını bildirmiş, şirkəti məhkəməyə vermişdi. NSO şirkəti isə Feysbukun Pegasus proqramını satın almaq üçün şirkətə müraciət etdiyini, bu məqsədlə iki nəfər Feysbuk rəsmisinin şirkət üzvləri ilə görüşdüyünü iddia edib.

 

Şirkət rəsmilərinin sözlərinə görə, buna səbəb Feysbukun Android istifadəçilərinin fərdi məlumatlarını ələ keçirsə də, iPhone istifadəçilərinə müdaxilə edə bilməməsi olub. NSO rəhbəri rəqibinin məhz iPhone istifadəçilərinin fərdi məlumatlarını oğurlamaq üçün ona müraciət etdiyini, hətta bunun qarşılığında pul ödəməyə hazır olduğunu xatırladıb. 

 

Şirkət rəsmisi Pegasus proqramının yalnız oğru və terroristləri aşkarlamaq məqsədilə istifadə edildiyini əsas gətirərək bu təklifi rədd etdiyini bildirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox