AZ

Mail.ru Group ICQ-nin yeni versiyasını təqdim edib 

 

d2dda72be2d4e149048a10a2549979b0.jpg
07.04.2020 12:16

Mail.ru Group şirkəti ICQ messencerinin yeni versiyasını təqdim edib. 

 

TED.az xəbər verir ki, bu haqda şirkət məlumat yayıb.

 

Məlumata görə, təqdim edilən versiyanın bir sıra yenilikləri var. Süni intellekt sayəsində yaradılan Smart Reply sürətli cavab sistemini təqdim edir. Beləliklə də, neyrosistem dialoq kontekstindən aslı olaraq, hazır cavabları göndərə bilir. Eyni zamanda, yenilənmiş ICQ səsli mesajı yazılı mesaja çevirə bilir. Qrup şəklində isə artıq 30 nəfərin iştirakı mümkündür. Çatda isə 10 minlərlər istifadəçi eyni anda danışa bilər. Həmçinin şəxsi kanalı yaratmaq üçün də imkan yaradılıb.

 

Bundan əlavə, təhlükəsizlik sistemi də təkmilləşdirilıb. İstifadəçinin telefon nömrəsi eyni qrupda olan digər üzvlərdən belə gizlidir. Əlavə təhlükəsizlik üçün isə daha bir PIN funksiyası mövcuddur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox