AZ

"SmartPay” ödəmə sisteminin onlayn platformasına tələbat artıb

3715ac14a11a0978a6f69256d13b8a57.jpg
05.05.2020 18:20

Xüsusi karantin rejimi dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məhsulu olan “SmartPay” ödəmə sisteminin onlayn platformasına tələbat artıb.

 

TED.az xəbər verir ki, bu sistem üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ianə köçürmək imkanı yaradılıb.

 

Bir çox xidmətləri vahid platformaya toplayan “SmartPay” ödəniş sistemindən “smartpay.az” saytı üzərindən yararlanmaq mümkündür. Həmçinin Azərbaycanın bütün bölgələrini əhatə edən poçt məntəqələrindəki “SmartPay” terminallarında və poçt şöbələrində əməliyyatçılara yaxınlaşmaqla ödəniş etmək olur.

 

Bu ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə tam zəmanət verir. Nəzarət mexanizmi sistemdə baş verə biləcək saxta əməliyyatları, icazəsiz hərəkətləri izləmək və anında bloklamaq imkanı təqdim edir.

 

Ödəniş sistemi tərəfindən mütəmadi monitorinq aparılır. Bu isə müəyyən edilmiş meyarlara uyğun olaraq şübhəli əməliyyatları izləmək və təhlil etmək imkanı yaradır.

 

Həmçinin istifadəçi diqqətsizliyi tərəfindən yarana biləcək problemin də qarşısını alacaq imkanlar mövcuddur. Belə ki, istifadəçi öz kompüterini və ya mobil cihazını bloka salmadan, yəni elektron cüzdanını açıq qoymaqla təhlükəsizlik qaydasını poza bilər. “SmartPay” ödəmə sistemi bu riskdən qorunmaq üçün elektron cüzdanda birdəfəlik və dinamik şifrə sistemi də nəzərdə tutub. İstifadəçi öz elektron cüzdan hesabından bu sistemi dayandıra və ya aktivləşdirə bilər. Ayarlar bütün növ əməliyyatlar üçün nəzərdə tutulub.

 

İstifadəçilərə ödənişlərin qəbzlərini yaddaşda saxlamaq üçün qeydiyyatdan keçərək şəxsi kabinetdən ödəniş etmək tövsiyə olunur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox