AZ

SpaceX tarix yazır: ilk özəl insanlı kosmik uçuşa sayılı günlər qalıb 

78d9fa12e60c85211bc52a8fb5c7d1fc.jpg
23.05.2020 14:57

SpaceX şirkətinin uzun zamandır, üzərində çalışılan insanlı kosmik uçuş icazəsi alınıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin sahibi Elon Musk Amerika Birləşmiş Ştatlarının (ABŞ) kosmosa insan göndərmə ilə bağlı Rusiya asılılığını aradan qaldırmaqda qərarlıdır. 


Qeyd edək ki, SpaceX şirkəti tərəfindən indiyədək kosmosa heç bir canlı göndərilməyib. ABŞ 2011-ci ildən astronavtların Beynəlxalq Kosmik Stansiyaya aparılması üçün Rusiyaya 80 milyon dollar ödəniş edir. Ancaq bu gedişat mayın 27-dən etibarən dəyişə bilər. Çünki SpaceX növbəti həftə Falcon 9 raketinin daşıyacağı Crew Dragon aparatı ilə NASA astronavtları Bob Behnken və Doug Hurleyi kosomosa göndərəcək. 


Kennedy Space Center-in Launch Complex 39A platformasından start götürəcək raket özəl kosmos şirkətləri üçün ilkə imza atacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox