AZ

Trump sosial şəbəkələrin izlənməsinə dair sərəncam imzaladı

 

8159e410f7be992303f1f907065dbba5.jpg
29.05.2020 10:13

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi barədə sərəncam imzalayıb.

 

TED.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

 

Bildirilib ki, bu, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edəcək. Qeyd olunub ki, əvvəl Tvitter kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar.

 

Trump qeyd edib ki, sərəncamdan öncə sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hansısa “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

 

Trump, həmçinin Tvitterin bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox