AZ

Bu qədər abituriyent ali təhsil müəssisələrinə onlayn ərizə verdi

 

835f38d069aed1965e3748c12ab6f11c.jpg
29.05.2020 12:56

Ali təhsilin bakalavr səviyyəsinə onlayn ərizə verən abituriyentlərin sayı açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən TED.az-a verilən məlumata görə, indiyə qədər ərizə verən abituriyentlərin sayı 71888-dir. I-IV qrup üzrə 61882 abituriyent ərizə verib. Onlardan 56475-i Azərbaycan, 5407-si rus bölməsindəndir. 

 

I qrup üzrə indiyə qədər 26111 (23869 nəfər Azərbaycan, 2242 nəfər rus bölməsi), II qrup üzrə 11521 (10359 nəfər Azərbaycan, 1162 nəfər rus bölməsi), III qrup üzrə 19685 (18272 nəfər Azərbaycan, 1413 nəfər rus bölməsi), IV qrup üzrə 4565 (3975 nəfər Azərbaycan, 590 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

 

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 45976 nəfərdir, onlardan 42849 nəfəri Azərbaycan, 3127-si isə rus bölməsidir.

Elm bölməsindən digər xəbərlər

Daha çox