AZ

Avstraliya enerji sahəsində innovativ təşəbbüsləri dəstəkləyəcək

66f201b957d82b7d504438ef2b752e24.jpg
13.08.2019 15:31

Avstraliyanın Milli Enerji Agentliyi (NERA) energetika sahəsində innovativ və texnoloji təşəbbüsləri dəstəkləmək məqsədilə fond yaratdığını elan edib.

 

TED.az xəbər verir ki, bu barədə Rusiyanın TASS İnformasiya Agentliyi "Energy Magazine" nəşrinə istinadla məlumat yayıb.

 

"NERA, ilk növbədə, Avstraliyanın enerji sektorunun səmərəliliyini və təhlükəsizliyini artırmaq üçün texnologiya və süni intellekt sahəsində həllər hazırlayan şirkətlərlə işləməyi hədəfləyir", - deyə agentliyin baş direktoru Miranda Teylor bildirib.

 

Müsabiqə elmin kommersiyalaşdırılması sahəsində təcrübəyə malik olan bütün şirkətlər üçün açıqdır.

 

Həmçinin, əlavə edilib ki, elektrik stansiyaları, hidrogen texnologiyaları və robototexnika sahəsində uzaqdan idarəetməyə əsaslanan innovativ həllər də agentlik üçün prioritet təşkil edir.

 

 Qeyd edək ki, fondun kapitalı 2 milyon dollardır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox