AZ

Azərbaycanlı alimdən innovativ təkliflər – Yüksək performans və az yanacaqla çalışan prototip mühərrik modeli

9b20af49d4c14e93402bb3ce3e2706ed.jpg
11.09.2019 15:03

İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu “Qlobal avtomobil sənayesinin bu günü və sabahı: yanacaq və ətraf mühit problemləri” mövzusunda tədbir keçirib.

 

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan TED.az-a verilən məlumata görə, tədbir innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi daşıyır.

 

Tədbir çərçivəsində İstanbul Texniki Universitetinin professoru Rafiq Mehdiyev “Yüksək performans və az yanacaqla çalışan prototip mühərrik modeli” layihəsini təqdim edib.

 

Tədbirdə iştirak edən bir sıra müəssisələr layihənin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

 

Qeyd edək ki, layihə 10 beynəlxalq patent alıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox