AZ

Məktəblilərdən ibarət milli komandamız nüfuzlu texnologiya festivalında

5268f027a4c811c4d76ec9758b2946e2.jpg
17.09.2019 16:09

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Azərbaycan Robotexnika Akademiyasının (Azerbaijan Robotics Engineering Academy – AREA) təşkilatçılığı ilə 2019-cu ildə təşkil edilən “Mən Pilotam” tədrisi layihəsi və Dron Olimpiadasında qalib gələn məktəblilərdən ibarət milli komanda ölkəmizi nüfuzlu beynəlxalq TEKNOFEST-də təmsil edəcək. Komanda üzvləri artıq yola düşüblər”.   

 

 

Bunu TED.az-a açıqlamasında AREA-nın təsisçisi Rəhman Rəsulzadə deyib.

 

Qeyd edək ki, Festivalda ölkəmizi Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin 4E və 7B sinif şagirdləri Ömər Hacıhəsənli və Saleh Quluzadə, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanin 6F sinif şagirdi Eldar Mustafayev və müəllimləri AREA-nın Sumqayıt şəhər üzrə baş müəllimi Tural Süleymanov təmsil edəcək.

 

Festival müddətində davamlı məlumatlar saytımızda paylaşılacaqdır.

 

 

 

Aytac KAMİLLİ

Startaplar bölməsindən digər xəbərlər

Daha çox