AZ

ABŞ uçan naməlum obyektin videolarının real olduğunu təsdiqlədi – VİDEO

d1a5a25a18418f2b5ed7735402f45745.jpg
20.09.2019 12:19

ABŞ Hərbi Donanması ilk dəfə olaraq internetdə yayılan və amerikalı pilotların çəkdiyi uçan naməlum obyektin (UNO) videolarının real olduğunu qəbul edib.

 

TED.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Donanmasından videonun 2004 və 2015-ci illərdə lentə alındığını bildiriblər.

 

Məlumata görə, görüntünün yayımlanmamasına çalışılsa da video internetə yerləşdirilib. Kadrlarda ABŞ hərbi təyyarələrinin UNO ilə toqquşması görüntülənib. Videoda parlaq obyektlər müasir texnikanın edə bilməyəcəyi çətin manevrlər edirlər. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox