AZ

İnkubasiya proqramı çərçivəsində növbəti Fintech Meetup keçirilib

fe79d695caf7552e374002af23412718.jpg
21.09.2019 11:46

“İnnoland İnkubasiya və Akselerasiya Mərkəzi” və “Bank Respublika”nın birgə İnkubasiya proqramı çərçivəsində “Fintech Meetup” keçirilib.

 

TED.az xəbər verir ki, meetup “SUP Akselerator”unun ənənəvi #SUPTalks tədbiri daxilində olub. Görüşdə Şefket Sayalıoğlu müasir travel maliyyə texnologiyaları və innovativ maliyyə sektorunun inkişaf tendensiyasından danışıb.

 

Qeyd edək ki, Şefket Sayalıoğlu Travel-Fintech sahəsində olan “SwayPay” şirkətinin həmtəsisçisi və eyni zamanda baş direktorudur. “SwayPay” şirkəti 2017-ci ildə qurulub. Şirkətin əsas məqsədi otellərə daha çox gəlir qazandıraraq sürətli, təhlükəsiz sifariş rəsmiləşdirilmələri və ödənişləri həyata keçirməkdir.

 

Tədbir zamanı, həmçinin birgə inkubasiya proqramının detalları və son yenilikləri müzakirə olunub.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox