AZ

İPhone-larınızın batareya ömrünü artırmaq üçün 10 ipucu

45c3ff80a0ce075e84c673fc645b5e58.jpg
21.09.2019 17:17

Günün yarısında telefonunuzun enerjisinin bitməsindən, yəqin ki, siz də yorulmusunuz. İOS cihazlarına tez-tez yenilənmələr gəlsə də, enerji problemi hələ də həll olunmayıb. Əlimizdən düşməyən və bir parçamız halına gələn telefonlarımızın enerjisi çox qısa müddətdə bitir; çünki səmərəliliyi artırmaq üçün telefonun parametrlərinə baxmaq ağlımıza gəlmir.

 

Telefonunuzun gün ortasında sizi yarı yolda qoymasını istəmirsinizsə, TED.az-ın bu yazısını izləyin və kiçik parametrlərə birlikdə düzəliş edək:

 

1. Batareya parametrlərinə keçərək telefonunuzun enerjisini ən çox hansı tətbiqin bitirdiyinə baxın.

 

 

Ehtiyac olmadığı zamanlarda həmin tətbiqləri bağlayın və onlardan telefonunuzun enerjisi az olarkən istifadə etməyin.

 

2. Telefonunuzu istifadə etmədiyiniz vaxtlarda “Aşağı Enerji rejimi”ni aktivləşdirin.

 

 

Telefonunuz tez-tez istifadə edilməyən və ehtiyac duyulmayan tətbiqlərdən bildirişlər göndərir və məhsuldarlığı ən yüksək səviyyədə saxlamaq üçün batareyanı sürətlə boşaldır. Aşağı Enerji rejimi bir sıra xüsusiyyətləri deaktivləşdirərək telefonun avtomatik yüksək enerji istifadəsinin qarşısını alır.

 

3. Avtomatik kilidləmə müddətini minimuma endirin.

 

 

Təkcə iPhone-lar yox, digər model telefonlar da siz onu istifadə etməsəniz belə, davamlı olaraq işləyir. Bunu minimuma endirmək üçün avtomatik kilidlənmə vaxtını 15-30 saniyəyə kimi azalda bilərsiniz.

 

 Parametrlər> Ekran və Parlaqlıq> Avtomatik kilidləmə

 

4. Tətbiqlər üçün məkan icazələrini bağlayın.

 

 

Bu xüsusiyyət həm telefonlar, həm də kompüterlər üçün ortaq problemdir. Unutmayın ki, məkan xidmətləri çox enerji sərfiyyatına səbəb olur və tətbiqdən istifadə etmədiyiniz zaman belə, sizi izləyir. Buna görə Parametrlər>Məxfilik>Məkan Xidmətləri bölməsinə keçid edin və bütün tətbiqləriniz üçün "İstifadədə"  seçin.

 

5. Avtomatik parlaqlığı aktivləşdirin.

 

 

Batareyanız tez bitirsə, ekranınız lazım olduğundan daha parlaq ola bilər. Parlaqlıq son səviyyədə olduğunuda hər şey daha maraqlı görünsə də, edəcək bir şey yoxdur. Bu xüsusiyyət günün irəliləyən saatlarında avtomatik olaraq parlaqlığı azaldır.

 

6. Mobil internet əvəzinə WiFi istifadə etməyə çalışın.

 

 

Bunun səbəbi təkcə mobil internetinizin tükənməsi deyil. Əmin olun ki, telefonunuz mobil internetdən istifadə üçün WiFi-dan daha çox enerji sərf edir.

 

7. Telefonunuzun şəbəkəyə qoşula bilmədiyi bir ərazidə olduğunuz zaman “Təyyarə rejimi”ni yandırın.

 

 

Telefonunuz şəbəkəyə qoşulmağa çalışacaq və daha çox enerji sərf edəcək.

 

8. Tətbiqlərinizi avtomatik yeniləyən xüsusiyyəti deaktiv edin.

 

 

Telefonunuza yüklədiyiniz bütün tətbiqlər bəzi avtomatik parametrlərlə birlikdə quraşdırılır. Bu parametrlərdən biri də, o tətbiqi daha çox istifadəni təmin edən, sizə tez-tez bildirişlər göndərən avtomatik yenilənmə özəlliyidir. Bunun qarşısını almaq üçün aşağıdakı təlimatları izləyə bilərsiniz: Parametrlər>Ümumi> Fon Tətbiqinin Yenilənməsi.

 

9. “Qaranlıq rejim”dən istifadə edin.

 

 

Kaş ki, bu rejim bütün telefonlarda olsaydı. Həm daha az göz yorur, həm bəzilərinə görə daha estetik görünür, həm də enerji sərfiyyatını azaldır. Ekran&Parlaqlıq bölməsindən qaranlıq rejimi aktiv edə bilərsiniz.

 

10. Avtomatik yenilənmələri və yükləmələri bağlayın.

 

 

iPhone-unuza yeni bir proqram yüklədiyiniz zaman, həmin proqramı eyni iCloud hesabına qoşulmuş digər cihazlarınıza da yenidən yükləməyinizə ehtiyac yoxdur. Tətbiq iPhone-a yükləndikdən sonra digər cihazlara yüklənir və avtomatik olaraq həmin cihazlarda da yenilənir.

 

Bu, maraqlı və gözəl bir xüsusiyyət ola bilər, ancaq enerjinin daha çox istifadəsinə səbəb olur. İPhone-unuzda istifadə etdiyiniz tətbiqə, bəzən iPad-də ehtiyacınız olmaya bilər, buna görə avtomatik yükləmələrə gərək qalmır. Bunun əvəzinə, avtomatik yükləmələri söndürün və iOS 13-də batareyanın ömrünü uzadın.

 

Avtomatik yükləmələri və yeniləmələri söndürmək üçün Parametrləri açın, iTunes və App Store-a gedin, “Proqram Yeniləmələri və Avtomatik Yükləmələr”i söndürün.

 

Qeyd: Telefonunuzu kompüterinizə qoşaraq enerji topladığınızda, kompüterinizin yuxu rejimində olmadığından əmin olun. Çünki kompüteriniz bu rejimdə olduqda, telefonunuzun enerjisi adi vaxtlarda olduğundan daha yavaş və daha az dolacaq.

 

 

 

Aytac KAMİLLİ

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox