AZ

Azərbaycanlı tələbələr Huawei-də təcrübə keçəcək

d5d22a2f6195f49257fb4d0d163a9457.png
18.10.2019 09:37

Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi Çinin ən böyük transmilli şirkəti olan “Huawei”in İKT üzrə “Gələcək üçün toxumlar” (“Seeds for future”) adlı qlobal və qabaqcıl mübadilə proqramında iştirak üçün seçilib.

 

Ali təhsil müəssisəsindən TED.az-a verilən məlumata görə, BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Fərid Həmidov və İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Tapdıq Məhərrəmli müsabiqədə iştirak edərək bütün mərhələləri uğurla keçiblər. Onlar Çin Xalq Respublikasının Şentsen şəhərində yerləşən “Huawei” şirkətində təlim keçmək hüququ qazanıblar.

 

Təlimin sonunda iştirakçılar sertifikat əldə edəcəklər.

 

Qeyd edək ki, təlim 4-16 noyabr tarixlərini əhatə edəcək.

 

Telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında ixtisaslaşmış Çinin “Huawei” şirkəti İKT sahəsi üzrə “Gələcək üçün toxumlar” (“Seeds for future”) adlı qlobal və qabaqcıl mübadilə proqramını reallaşdırır. İndiyədək dünyanın 350 universitetindən 30 000-dən çox tələbə bu proqramda iştirak edib.

Elm bölməsindən digər xəbərlər

Daha çox