AZ

Ölkənin təhsil sisteminin göstəriciləri Qlobal Rəqabətlilik İndeksində növbəti dəfə yaxşılaşıb

662e183a97b2202031bc29163901d578.jpg
21.10.2019 16:29

Dünya İqtisadi Forumu tərəfindən ötən həftə yayılmış "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub.

 

TED.az xəbər verir ki, bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.

 

Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə, “İnnovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il 3 pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox