Harmony əməliyyat sistemi Android-i əvəz edə bilər, lakin…
Huawei Android-də qalır
Huawei-in çoxsaylı bəyanatlarına baxmayaraq, Harmony ƏS smartfonlar üçün bir sistem kimi, qaranlıq nöqtə olaraq qalır.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, bir tərəfdən Huawei Android-dən imtina etməyəcəyini iddia etməyə davam edir, digər tərəfdən isə sanksiyaların problemi həll edilmədiyi təqdirdə smartfonlarını Harmony ƏS-nə çevirməyə hazır olduğunu bildirir.
Huawei-ın rəhbəri Ren Jengfei (Ren Zhengfei) yeni müsahibəsində Harmony ƏS funksionallıq ilə heç bir problemi olmadığını, lakin Android-i əvəz etməyəcəyini bildirib.
Həmçinin Huawei rəhbəri builki sanksiyalara görə, şirkətin mümkün itkilərinə dair qiymətləndirməni azaldıb. Əgər əvvəllər o, 20-30 milyard dollar həcmində zərərləri qeyd edirdisə, yeni müsahibədə artıq başqa məbləğ - 10 milyard dollar göstərilib. Bunun izahı ABŞ-ın Huawei-a sanksiyalarının təsirinin azalmasıdır.
Xatırladaq ki, bu yaxınlarda Çin nəhəngi ötən rübün nəticələrinə dair hesabat yayımlayıb. Və bütün problemlərə baxmayaraq, Huawei satış sayını demək olar ki, dörddə bir qədər artırmağı bacarıb.