AZ

AQTA: E-xidmətlərin Elektron Hökumət Portalına inteqrasiyası davam etdirilir

a8b1176377f3647cba4233b7515fdb5f.jpg
13.11.2019 15:47

“Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda əsas məqsəd və hədəflərə nail olmaq üçün 12 prioritet istiqamət müəyyənləşdirilib. Bunlardan biri də qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqidir. Hazırda qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sisteminin yaradılması, bu sahədə elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiyası ilə bağlı işlər davam etdirilir”.

 

Bunu TED.az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva deyib.

 

Aysel Fərziyeva bildirib ki, artıq ölkəmizə qida məhsullarının idxalı ilə əlaqədar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixraca nəzarət modulunun alt modullarından biri olan idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi noyabrın 4-dən Xaçmaz rayonunda istifadəyə verilib: “Sahibkarlar https://e-afsa.gov.az portalında elektron imza və ya “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə müraciət edə bilərlər. Müraciət əsasında əldə olunacaq sertifikatın ödənişləri də onlayn şəkildə həyata keçirilə bilər ki, bu zaman sahibkarlar şəxsi kabinetlərindən və “Hökümət Ödəniş Portalı”ndan istifadə etməklə ödəniş edə bilərlər”.

 

Zeynəb ƏKBƏR

 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox