AZ

Startapların investisiya mənbəyi – 3F

3152fb05377662bfce113334e1e9a187.jpg
15.11.2019 14:37

Bəzən startaplarla məşğul olanların mühitində bəzən danışıqları anlamadığımız üçün özümüzü narahat hiss edirik.

 

Başdan ayağa xüsusi termin və ifadələrlə danışanları bəzən texniki bilikli insanlar belə anlamaqda çətinlik çəkirlər. Odur ki, ünsiyyətinizi daha anlaşıqlı etmək məqsədi ilə TED.az olaraq 3F ifadəsinin mənasını açıqlayırıq.

 

3F – Friends, Family and Fools deməkdir. İlkin hərfi mənası — ailə, dostlar və “axmaqlar” (burada investisiya sahəsində biliyi olmayan, lakin investor olmaq istəyənlər nəzərdə tutulur) olsa da, maliyyə cəlbetmə mərhələsində ilkin investisiyanın qaynağını göstərir. Silikon vadisindən yola çıxan 3F artıq frazeoloji ifadəyə çevrilib.

 

İnvestisiya mənbəyi kimi 3F çox əlverişlidir. 3F-dən maddi dəstək əldə etməklə yanaşı, startapınızın statusunu da artırıb real investorlarla işə başlaya bilərsiniz. Həmçinin xam ideyanı yoxlamaq üçün real investor tapmaq, investisiyanı 3F-dən əldə etməkdən çox çətindir.

 

Beləliklə, “İdeyam var, lakin pul yoxdur” deyən zaman düşünün. Əgər yaxınlarınızı layihənizin uğurlu olacağına inandıra bilmirsinizsə, milyard dollarlarla işləyən investisiya fondlarını sizə pul ayırmağa necə inandıra biləcəksiniz?

Startaplar bölməsindən digər xəbərlər

Daha çox