AZ

Rabitəbankın baş direktoru: Bu günədək rəqəmli sferada heç bir təhlükəsizlik problemi yaşamamışıq

d961404f1faa2e565cbe447db1c7cf48.png
20.11.2019 12:15

“Rabitəbank rəqəmli kanallara keçmədən öncə bank müştərilərinin təhlükəsizliyinin təminatı üzrə işləyib. Öncə maddi texniki baza hazırlandı, lazımi təhlükəsizlik proqramları alındı. Təhlükəsizlik prosesi, həm proqram səviyyəsində, həm də avadanlıq səviyyəsində təmin olunur.  Bazarda kifayət qədər tam fərqli bir server infrastrukturu qurduq. Bu sisitem rəqəmli kanallarda müştərilərin sorğularını operativ cavablandıra bilər. Soft səviyyəsində 5-ə yaxın müxtəlif proqram təminatları almışıq ki, məhz internet bankçılıq təhlükəsizliyini təmin edir”.

 

Bunu TED.az-a açıqlamasında Rabitəbankın baş direktoru Ziya Nuriyev deyib.

 

Ziya Nuriyev bildirib ki, hər il Rabitəbank tərəfindən internet bankçılıq, mobil bankçılıq, həm də Rabitəbot-un kənardan təhlükəsizlik testləri həyata keçirilir: “Əməkdaşlıq etdiyimiz şirkətlər həm daxildə, həm də kənarda Rabitəbankın rəqəmli kanallarının təhlükəsizliyini yoxlayırlar. Bugünədək Rabitəbank rəqəmli kanalların təhlükəsizliyi ilə bağlı heç bir problem yaşamayıb. Kartların təhlükəsizliyi ilə bağlı biz Azericard Processing Mərkəzi ilə əməkdaşlıq edirik. Burada fəaliyyət göstərən təhlükəsizlik platforması var ki, biz orada müxtəlif müştəri əməliyyatlarını qeyd etmişik. Bu əməliyyat prosesləri fərqli şəkildə aparıldıqda kart bloklanır. Rabitəbank Mastercard və VISA tərəfində hazırlanan xüsusi proqram təminatları alıb. Müştərilərimiz təkcə Azərbaycanda deyil, Mastercard və VISA səviyyəsində qlobal şəkildə qorunur. Bu proqramlar vasitəsilə bank müştərisinin apardığı əməliyyat planının təsdiqlənməsi (avtorizasiyası) Azərbaycana gəlməmiş, anında Mastercard və VİSA tərəfindən görünür. Bu zaman əməliyyatlarlar şübhəli (frod) olduğu halda anındaca qarşısı alınır”.

 

Baş direktor qeyd edib ki, təmassız ödənişlər qanunvericiliklə tənzimlənir və maksimum limiti var: “Sözügedən limitdən çox kartdan vəsait silinə bilməz. Bu gün o məbləğ 50 manat civarındadır və bu məbləğdən çox müştərinin kartından PİN kodsuz vəsait çıxarıla bilməz. Eyni zamanda aparılan təmassız əməliyyatlara gün ərzində limit qoyulur.  Rabitəbank bu limit sayını 5 olaraq müəyyən edib. Təmassız şəkildə 5-dən artıq əməliyyat aparıldıqda, müştərinin əməliyyatları bloklanır. Müştəri üzərində stiker olan əşyasını itirdikdə, Rabitəbanka və ya Azericard Processing Mərkəzinə zəng edərək KOD sözünü deyir və kartını blokladır”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox