AZ

Rabitəbankda tamamilə məsafədən hesab açmaq mümkün olacaq

001cdffa58c1add9af8bac3f93fe7fd5.png
20.11.2019 14:42

“Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə hesabların məsafədən açılması ilə bağlı qanunvericilik layihəsi qəbul olunub və artıq qaydalar banklara təqdim olunub. Qaydalara görə, 500 manatdan 6 000 manatadək olan məbləğdə hesabların açılması nəzərdə tutulur. Rabitəbank sözügedən istiqamət üzrə fəaliyyətə başlayıb”.

 

TED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rabitəbankın idarə heyətinin sədri Elçin Qədimov deyib.

 

Elçin Qədimov bildirib ki, Rabitəbank gələn ilin aprel ayına kimi müştərilərinə ilkin olaraq 500 manat məbləğində məsafədən hesabların açılmasına şərait yaradacaq: “Qeyd edim ki, bu məsələdə Rabitəbank tənzimləyici qurumlardan asılıdır. Bu mövzu ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (əvvəl Vegilər Nazirliyi) və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə sıx əməkdaşlıq edirik”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox