AZ

Məşhur kriptovalyuta saytı haker hücumuna məruz qaldı və virus yayıldı

b4ff7e989b5f43871141c5b80c5981d5.jpg
20.11.2019 17:00

Kriptovalyuta saytlarının əsas xüsusiyyətlərindən biri anonimlikdir. Çünki hakerlər aparılan əməliyyatlar haqqında olan məlumatları daim ələ keçirməyə çalışırlar. TED.az xəbər verir ki, bu dəfə hakerlərin qurbanı saytın yaradıcıları olublar.

 

Kibercinayətkarlar saytın şifrəsini qıraraq tətbiq cüzdanının məlumatlarını oğurlayıblar və bunu fərqli versiya ilə əvəz ediblər. Kriptovalyutanın əvəz olunub saxlanılması isə “GitHub” istifadəçiləri tərəfindən aşkar edilib. Daha sonra “Monero” nümayəndələri Tviterdə bəyanat göndərərək məlumatın rəsmiliyini təsdiqləyiblər.

 

Qeyd edək ki, “Windows” və “Linux” cüzdanlarının hak edilməsi nəticəsində “Reddit” istifadəçilərindən birinin hesabından 7000 ABŞ dolları məbləğində pul oğurlanıb. 

 

"CLI cüzdanını noyabrın 18-i saat 2:30-dan 16:30-a qədər olan vaxt ərzində yükləyən istifadəçilərə ikili sənədlərin boşluğunu yoxlamaq tövsiyə olunur. Əgər uyğunsuzluq varsa yükləməni yenidən həyata keçirin, heç bir halda əvəzediciləri işə salmayın”, – deyə saytdan bildiriblər.

 

Haker hücumunun qurbanlarının dəqiq sayı açıqlanmır. “Monero” nümayəndələri isə artıq hadisəni araşdırdıqlarını bildiriblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox