AZ

37324 fermer əkdikləri məhsul barədə məlumatları elektron sistemə yerləşdirib – AÇIQLAMA

f6b13941a4b9d321003b70ccb97f4293.jpg
21.11.2019 18:15

“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyan edilməsi prosesi başlayandan indiyədək 37324 fermer EKTİS-də şəxsi kabinetinə daxil olaraq əkdikləri məhsul barədə məlumatları sistemə yerləşdiriblər”.

 

TED.az xəbər verir ki, bu haqda Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, bu günədək fermerlər tərəfindən 71148 əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemdə bəyan edilib.

 

Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və əkin məlumatlarını daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox