AZ

Xiaomi Mi A3: qiyməti və özəllikləri

4c02c1e581ca350e9dce83618214605f.jpg
13.12.2019 15:55

Çinin, eləcə də dünyanın texnologiya nəhənglərindən olan “Xiaomi” azərbaycanlı mobil telefon istifadəçilərinin sevimli brendlərindəndir. Nisbətən ucuz və keyfiyyətli modelləri ilə istehlakçıların “saqqızını oğurlayan” şirkət gün keçdikcə daha da irəli gedir, öz müştərilərini texnologiya möcüzələri ilə sevindirməkdə davam edir.

 

TED.az olaraq budəfəki “TEDfon” rubrikamızda sözügedən şirkətin istehsalı “Xiaomi Mi A3” smartfonunun qiymət və özəlliklərini araşdırmışıq:

 

“Xiaomi Mi A3”

 

Android əməliyyat sisteminə sahib telefon Android 9.0 (Pie) versiyası ilə çalışır.

 

720x1560 pikselə sahib telefon foto həvəskarları üçün ideal seçim ola bilər. Cihazın 48, 8, və 2 Mp-lik 3 əsas kamerası var, ön kamerası isə 32 Mp ölçüyə malikdir.

 

Mobil telefonun operativ yaddaşı 4, daxili yaddaşı isə 64 GB-dır.

 

Octa-core (4x2.0GHz&4x1.8GHz) prosessoru ilə təchiz olunub.

 

Barmaq izi oxuyucu, 3G, 4G, GPS texnologiyası mövcuddur.

 

6,1 düymlük ekrana, iki sim karta, 4030 mAs batareyaya sahib mobil cihazın ağırlığı 170 q, ölçüsü isə 153.5x71.9x8.5 mm-dir.

 

Smartfon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 549,99 manata satılır.

 

Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq faizsiz kreditlə də müştərilərə təqdim edir. 15 və 18 aylıq kreditlərdə isə müəyyən faiz hesablanır.

 

Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.

 

Sözügedən telefon Optimal Electronics-in saytında 549 manata təklif olunur. Üstəlik, 1 illik zəmanətpulsuz çatdırılma xidməti də

 

İrşad Electronics-də bu telefon 549 manatdır.

 

Mağaza telefonu ilkin ödənişsiz, 6, 12, 18 aylıq kreditlə də təklif edir. İlk iki seçimdə hər hansı faiz tutulmur. 18 aylıq kredit seçimində isə telefon alıcıya 577,02 manata başa gəlir. Bundan başqa, Birkart və Albalıkart istifadəçiləri telefonu 18 aylıq faizsiz kreditlə əldə edə bilərlər.

 

Saytda məhsulun rəsmiləşdirilməsi zamanı 5-15% komissiya haqqı tələb oluna biləcəyi də qeyd olunub.

 

Baku Electronics-in saytında da sözügedən telefon 549 manatdır.

 

Bundan başqa, mağaza alıcılara 1 illik zəmanət və 1 illik faizsiz kredit təklif edir.

 

Music Galery mağazalar şəbəkəsində isə bu telefon 1 illik zəmanətlə 499,9 manata təklif olunur. Mağazanın saytında kredit haqqında məlumat yoxdur.

 

World Telecom-da bu telefon 549 manata satılır. Birkart istifadəçiləri 12 aylıq faizsiz kreditdən yararlana bilərlər. 

 

Digər müştərilər ilkin ödəniş etmədən 6, 12 aylıq faizsiz kreditlə sahib ola bilərlər. Amma bunun üçün ilk seçimdə əvvəlcədən 274,5 manat ödəniş lazım gəlir. 18 aylıq, ilkin ödənişsiz kredit imkanından yararlanmaq istəyənlərsə, telefona 647,82 manat ödəməli olacaqlar.

 

Sözügedən mağazada məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər. Bundan başqa, iş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş lazım gələ bilər.

 

Maxi.az-da bu smartfon 549 manatdır. Sifariş edən müştərilər isə məhsulu 32,41 manat daha ucuz əldə edə bilərlər. Eyni zamanda, alıcıların müxtəlif şərtlərlə 2-24 aylıq kreditlərdən yararlanması mümkündür.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox