Vikipediyada Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələr yaradılır.
MEK-dən TED.az-a verilən məlumata görə, artıq Milli qəhrəmanlar Elbrus Allahverdiyev, Aytəkin Məmmədov və Araz Səlimov haqqında ingilis dilində məqalələr platformaya yerləşdirilib.
Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.
İngilis dilindəki “Vikipediya”da, həmçinin müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi, Qarabağ müharibəsi şəhidi Vaqif Qurbanov haqqında məqalə də yer alıb.
Bundan başqa, MEK-in “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Gəncə ilə bağlı məqalələrin zənginləşdirilməsi prosesi davam etdirilir.
“Vikipediya”nın Azərbaycan dili bölməsində Gəncənin tarixi, həmçinin Cuhudlar, Ozan, Çaylı, Daş körpü, Aşıqlar, Səfərabad, Dördyol, Dəmirçilər və İmamlı məhəllələri haqqında məqalələr yaradılıb.
Məqalələrdə qədim məhəllələrin məşhur şəxsləri, tayfaları və sakinlərin məşğuliyyətləri haqqında maraqlı məlumatlar yer alıb.
“Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb

