AZ

Vətəndaşlar notariat ofisləri barədə onlayn şəkildə məlumat əldə edə bilərlər – AÇIQLAMA

 

41c0aac690114bf50b39363a4387108b.png
05.02.2020 15:45

“Ədliyyə Nazirliyinin çoxsaylı elektron xidmətləri arasında notariat faəliyyətinə dair elektron xidmətlər də mövcuddur. Bunlardan biri informativ, ikisi interaktiv xidmətdir".

 

TED.az xəbər verir ki, bunu nazirliyin səlahiyyətli nümayəndəsi Zaur Həsənov bildirib.

 

Onun sözlərinə görə, informativ elektron xidmət notariat ofisləri və notarit hərəkətləri barədə məlumatlrın əldə edilməsində yardımçı rol oynayır: "İstifadəçilər ölkədə fəaliyyət göstərən notariat ofisləri, onların ünvanları, əlaqə telefonları, iş rejimi barədə məlumat əldə edə bilərlər. Bundan başqa, notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər, eləcə də iştirakı vacib şəxslər, dövlət rüsumu haqqındakı detalları öyrənmək mümkündür".

 

O əlavə edib ki, vətəndaşlar dövlət notariat arxivindən hansısa sənədi əldə etmək üçün əvvəllər sözügedən quruma müraciət etmək məcburiyyətində qalırdılar: "Hazırda isə vətəndaşlar onlayn şəkildə dövlət notariat arxivində saxlanılan sənədlərin surətlərini və dublikatlarını çıxara, elektron şəkildə təsdiqlətdirə bilərlər".

 

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox