AZ

Koronavirusla mübarizə aparan texnologiyalar

8c769f0b3059b07f9e0ae9bfe674a062.png
08.02.2020 17:36

Ölümcül virus olan koronavirus hələ də ən çox müzakirə obyekti olaraq qalır. TED.az xəbər verir ki, bu virusa yoluxanların sayı 10 minlərlədir.

 

Epidemiya yalnız insanların həyatına deyil, eyni zamanda texnologiya dünyasına da təsir göstərir. Şirkətlər kütləvi şəkildə mağazalarını bağlayır və sərgilərdə iştirakdan imtina edir. Yenilikləri yalnız onlayn şəkildə nümayiş etdirmək təhlükəsizdir. Çində insanların həyatını iflic edən virusla yalnız əhali deyil, müxtəlif texnologiyalar da mübarizə aparır.

 

Mobil tətbiqlər koronavirusa yoluxmadan qoruyur

 

 

 

 

Koronovirusun yayılması ilə əlaqədar Çində mobil tətbiqlər populyarlıq qazanıb. Bir neçə tətbiq insanlara epidemiyanın yayıldığı ərazilərdən uzaqlaşmağa yardım edir. Wechat messencerində yaradılan mini tətbiqlər epidemiyanın yayıldığı ərazilər haqqında informasiyalar toplayır və həmin yerləri xəritədə xüsusi işarə ilə əks etdirir. Xəritədə əks olunan ərazilər yalnız rəsmi deyil, həmçinin könüllülərin məlumatı əsasında da toplanır. Hətta virusa yoluxmuş insanların hansı avtobus, qatar və təyyarədə səyahət etdiklərini göstərən tətbiqlərdə istifadəyə verilib.

 

Robotlar Koronavirusun yayılmasına qarşı çıxırlar

 

 

Çində "GOSUNCN Group Co" şirkətinə məxsus robot koronavirusun yayıldığı ərazilərdə həkimlərə köməklik göstərir.

 

5G rabitə şəbəkəsinə qoşulan robot ətrafında olan 10 nəfərin eyni anda hərarətini analiz edə bilir. Həmçinin bu robot insanların "maska"da gəzib-gəzmədiyinə də nəzarət edir.

 

Çatdırılma xidməti göstərən kuryer robotlar

 

 

Uhan şəhərində "JD Logistics" şirkətinə məxsus olan onlarla robot kuryer kimi çalışır. Bunun üçün intellektual sistem yaradılıb. Robotlar virusun ən çox yayıldığı ərazilərdən insanlara aid olan bağlamaları pulsuz çatdırır. Şirkət yaxın günlərdə karantində olan ərazilərə çatdırılma üçün pilotsuz təyyarə də istifadəyə verəcəyini bildirib.

 

Həkimlər virus diaqnostikasında süni intellektdən istifadə edirlər

 

 

 

Şanxayda yerləşən xəsətəxalarda koronavirus diaqnostikası üçün süni intellekt də istifadə olunur. "Yitu Technology Co Ltd" şirkəti tərəfindən hazırlanan sistem virusa yoluxanları təyin edərək, onlara müalicə də təyin edə bilir. Bu sistem həkimlərə daha operativ və dəqiq tibbi qərarlar verməyə kömək edir. Eyni zamanda kompüter tomoqrafiyası da virusla müalicədə əhəmiyyətli rol oynayır. Yeni sistem virusun yaratdığı pnevmaniyanın dərəcəsini təyin edə bilir. Ənənəvi analiz insanlar tərəfindən həyata keçirilir və 6 saat vaxt aparır. Eyni işi süni intellekt 3 saniyədən az bir vaxtda icra edir. Bu günədək süni intellekt 70-dən artıq pnevmaniyanı təyin edə bilib. Cavabların hamısı düzgün çıxıb. "Yitu Technology Co Ltd" şirkətinin nümayəndələri bu sistemi pulsuz şəkildə bütün xəstəxanalara paylayacağını bildiriblər.

 

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox