AZ

Samsung əlverişli qiymətə orta səviyyəli Galaxy M31-i təqdim etdi

 

4a6c28839a45a01f2e9b8369f0f6ff73.jpg
25.02.2020 16:09

Samsung yeni orta səviyyə telefon olan Galaxy M31-i təqdim edib. Belə görünür ki, Galaxy M31 qiyməti ilə rəqabətdə Realme X2, Redmi Note 8 Pro və Poco X2-i üstələyəcək.

 

 

 

TED.az xəbər verir ki, Galaxy M31 Samsung-un 200 dollar dəyərində ilk orta səviyyə telefonu oldu. Qiymətin 200 dollar səviyyəsində olması, orta səviyyə telefonları 270 dollardan yuxarı təqdim edən Xiaomi və Realme kimi markaları çətin vəziyyətdə qoya bilər.

 

Samsung Galaxy M31-in üç əsas xüsusiyyətini vurğulayaq: 64MP əsas kamera, AMOLED ekran və 6000 mAs. tutumlu batareya.

 

Samsung Galaxy M31-in 6.000 mAs. batareyası 2 gün ərzində telefon istifadəsini təmin edəcək. Galaxy M31, internetdən istifadə zamanı 21 saata qədər, zəng üçün 48 saat, video və musiqinin səsləndirilməsi üçün 26 saat ərzində istifadə edilə bilər. 15W sürətli şarj adapteri Galaxy M31 qutusundan çıxır

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox