AZ

Hansı kartlarla onlayn ödəniş etmək tam təhlükəsizdir? – EKSPERT 

 

8974d2625b0d33e9deee63d355b6a6f6.jpg
06.04.2020 14:17

"Müasir rəqəmsal ödəniş xidmətlərinə inteqrasiya olunan “Azexport.az” internet portalı VİSA, Mastercard və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir. Bu isə istehlakçılara sifariş olunan məhsulların dəyərinin nağdsız ödənilməsi imkanı verir". 


TED.az xəbər verir ki, bunu Azexport portalının meneceri Ayxan Qədəşov deyib.


O bildirib ki, pandemiya dövründə kuryer və istehlakçı arasında nağd pul dövriyyəsinin olmaması virusa yoluxma risklərini minimuma endirir: "Ümumdünya Səhiyyə Təşkilatının yeni koronovirus infeksiyasının əhali arasında geniş yayılmasının qarşısının alınması məqsədi ilə nağdsız ödənişlərə üstünlük verilməsini tövsiyyə edir. Metal və kağız pul əskinasları virus və bakteriyaların ən çox yayılma səbəblərindən biri kimi göstərilir. Çin rəsmiləri metal pulların kağız əskinazlara nisbətdə virusun yayılmasında daha geniş rol oynaması səbəbindən yaxın gələcəkdə bu pulların ölkə ərazisində dövriyyədən çıxarılması məsələsini gündəmə gətirməyə hazırlaşırlar".


 

Zeynəb ƏKBƏR

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox