AZ

EVDƏQAL - Piano ifa etməyi öyrən

 

2a856b82f0616f8a1f8d4577c2fd4e43.jpg
07.04.2020 15:49

Koronavirus pandemiyasından sonra insanların evə qapanması onların bir sıra gizli bacarıqlarını da aşkara çıxarıb. 

 

TED.az "EVDƏQAL" layihəsi çərçivəsində piano öyrənmək üçün onlayn dərslər yayımlayan YouTube kanalları təqdim edir:

 

- HDPiano YouTub kanalının 1,15 milyon abunəçisi var. Bu kanalda dərslər ingilis dilində keçirilir. Dərslər çətinlik dərəcəsindən asılı olaraq, 5-25 dəqiqə davam edir. YouTube kanala bu link vasitəsilə daxil ola bilərsiz: HDPiano

 

- Hoffman Academy Youtube kanalının 168 min abunəçisi var. Bu kanalda da dərslər ingilis dilində və praktiki olaraq keçirilir. Dərslər çətinlik səviyyəsina uyğun olaraq 5-40 dəqiqə davam edir. Kanala bu link vasitəsilə daxil ola bilərsiz: 

 

- Lypur Youtube kanalının 480 min abunəçisi var. Bu kanal fortopianonu akademik şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Çünki praktiki ilə yanaşı, nəzəri dərslər də mövcuddur. Dərslər ingilis dilində keçirilir. Kanala bu link vasitəsilə daxil ola bilərsiz: 

 

- Cener Başbuğanın TouTube kanalı da piano öyrənmək istəyən və ingilis dili bilgisi olmayanlar üçün ideal variantdır. Kanalın 33,7 min abunəçisi var. Dərslər türk dilində keçirilir. Piano təcrübi qaydada öyrədilir. Kanala link vasitəsilə daxil ola bilərsiz: 

 

- M.Hür Bakanın YouTube kanalının isə 17,5 min abunəçisi var. Kanalda pianoda yeni başlayanlar sadə izahlar mövcuddur. Dərslər türk dilindədir. Kanala bu link vasitəsilə daxil ola bilərsiz:

Lamiyə SÜLEYMANLI

 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox