#EVDƏQAL – klaviatura baxmadan yazmağı öyrən

Karantin sıxılmağın deyil, maariflənməyin vaxtıdır! Bu çətin zamanda hansı səmərəli işlə məşğul olaq? #EVDƏQAL rubrikamızla sizə kömək etməyə hazırıq!
Bu dəfə TED.az-la birlikdə klaviatura baxmadan yazmağı öyrənəcəksiniz.
“Kor yazma” texnikası barədə eşitmisiniz?
Metodun adını daha çox bu formalarda görə bilərsiniz: “touch typing” və ya “blind typing”.
“Kor yazma” üsulunda barmaqların hamısından istifadə edilir. Hər bir barmaq müəyyən hərf qrupundan məsuldur.
Bu cür metodun tarixçəsi, zənnimizcə, sizə maraqlı gələr.
”Kor yazma” üslubunun 130 ilə yaxın yaşı var.
Üslub əvvəllər “Amerikalı kor on barmaq metodu” kimi tanınırdı. Bu metod XIX əsrdə katiblərin məhsuldarlığını artırmaq üçün istifadə olunurdu.
Sözügedən metod Salt Leyk Siti məhkəməsinin stenoqrafı Frenk Edqar Makqarrin tərəfindən icad olunub.
1888-ci ildə Makqarrin o dövrdə bu üsuldan istifadə edən yeganə tanınmış şəxs olaraq, “səkkiz barmaqlı” çap üsulundan istifadə edən Luis Trobeni udmuşdu.
Bu, Tsintsinatti şəhərində keçirilən ilk çap müsabiqəsi idi. Müsabiqənin nəticələri bir çox qəzetin ön səhifələrində yer aldı. Bu qələbə həm “kor çap” üsuluna, həm də yazı maşınlarına qarşı maraq oyandırdı.
Qədim tarixçəsi olan bu texnikanı necə öyrənmək olar?
İlk olaraq aşağıdaki şəklə nəzər yetirməlisiniz:
Gördüyünüz kimi, barmaqlar müəyyən rəngdədir, hər barmağın rəngi klaviaturda yerləşən hərf qrupu ilə eynidir. Klaviaturun rənglənmə strukturu hansı barmağın hansı hərfə basmalı olduğunu göstərir (sol əlin şəhadət barmağı 4,5,R,T,F,G,V,B düymələrinə basmalıdır, sağ əlin şəhadət barmağı isə 6,7, Y,U,H,J,N,M düymələrinə basmalıdır).
Bu metodla yazmağı öyrənmək istəsəniz, barmaqlarınızı göstərilən sxemə uyğun şəkildə yerləşdirməlisiniz, barmaq başqa rəngdə olan düyməyə basmamalıdır. Barmaqlarınız avtomatik olaraq adaptasiya olunacaq və müəyyən vaxt ərzində həmin texnikanı qavramış olacaqsınız.
Bu metodu öyrənməyin başqa üsulları da var. Onlardan biri düymələri qapatmaqdır. Hər gün 3-4 düymənin üzərinə kağız yapışdırmanız tövsiyyə olunur. Sxemə uyğun rəngli kağızları yapışdırsanız, bu işi bacarmış sayılırsınız.
Sizə kiçik bir sirr də vermək istərdik... Bizi anlamaq üçün klaviaturunuza baxmalısınız. Baxdınız? F və J hərflərinin formasına nəzər yetirin. Üstündə gördüyünüz çıxıntı məhz “kor yazma” üsulu üçün yaradılıb. Barmaqlarınızın ucu ilə həmin hərflərin harada yerləşdiyini hiss edib ümumi orientirə sahib olacaqsınız.
Peşəkarlar klaviaturda hərflər olmasa belə rahat şəkildə yaza bilirlər. Bu işi bacaranlar üçün nəzərdə tutulan klaviaturun görüntüsünü sizə təqdim edirik:
Bu arada, biz Azərbacan dilinin daşıyıcıları olaraq, kor yazma üslubunun kiçik bir hissəsini bilirik. W hərfinin azərbaycan Ü-sü, < və > işarələrinin azərbaycan Ç və Ş hərfləri kimi işlədirik... Arada özümüzə güvənməsək də, çox bacarıqlı xalq olduğumuzu unutmamalıyıq!
#EVDƏQAL, Azərbaycan!
Fatimə ZÜLFİQAR