AZ

ASAN Xidmət mərkəzində işi uzanan, icazə müddəti bitən şəxs nə etməlidir?

 

849d84bca86580a156b42f9b9b6b4635.jpg
30.04.2020 17:05

Aprelin 27-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

 

Vətəndaşların əksəriyyətini isə onlayn növbə aldıqdan sonra 8103 xidməti vasitəsilə icazə məsələləri maraqlandırır.

 

Sual: ASAN Xidmət mərkəzində işim uzanar, icazə vaxtım bitərsə, nə etməliyəm?

 

Cavab: TED.az xəbər verir ki, xidmət mərkəzinə getmək üçün növbə götürdükdən sonra icazə almaq mütləqdir. bunun üçün vətəndaş onlayn növbə götürdükdən sonra 2 nömrəli icazə kodu ilə birlikdə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini 8103 nömrəsinə göndərməlidir. Yalnız təsdiq mesajı aldıqdan sonra evdən çıxa bilər. İcazə müddəti isə 3 saatdır. İş uzanar, icazə müddəti bitərsə, bu barədə nəzarətçiyə bildirməklə arayış almaq mümkündür.

 

Qeyd edək ki, onlayn növbə götürən vətəndaşlar təyin edilmiş növbə vaxtının bitməsindən ən tezi 30 dəqiqə ərzində mərkəzdə ola bilərlər. Daha tez gələn vətəndaşlar mərkəzlərə buraxılmırlar. Eyni zamanda növbə vaxtının bitməsindən ən çox 10 dəqiqə gec gələn vətəndaşların onlayn növbələri ləğv edilir.

 

Bununla yanaşı, maskadan istifadə etməyən vətəndaşlar mərkəzlərə buraxılmırlar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox