AZ

Dövlət komitəsinin “Virtual qəbul otağı”nda növbəti canlı yayım 

 

26f1560c7bb4abe0e9d4190efd87ea86.jpg
01.05.2020 17:10

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Feysbuk səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. 


Dövlət Komitəsinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, budəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin “Miqrasiya, məskunlaşma, status və sosial təminat” şöbəsinin sektor müdiri Taryel Qoşnalıyev cavablandırıb. 


Saat 12:00-da başlanan və bir saat müddətində davam edən canlı yayım zamanı səhifənin rəy bölməsinə 250-dən çox vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.


Qeyd edək ki, xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Feysbuk səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox