İpoteka kreditindən yararlanmaq istəyən müəllimlər üçün şərtlər AÇIQLANDI
Dünən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.
TED.az xəbər verir ki, yeniliyə əsasən, müəllimlər üçün 3 müsbət dəyişiklik baş verib. Bu barədə təhsil nazirinin müşaviri Elnur Məmmədov məlumat verib:
"Gənc ailənin üzvü olan müəllimlər üçün (gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur):
- Yeni redaksiyada "dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" qeyd edilir. Başqa sözlərlə, artıq yalnız dövlət ümumtəhsil məktəbində deyil, o cümlədən lisey, gimnaziya, internat məktəbləri, xüsusi məktəblər və s.-də çalışan müəllimlər də güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər.
-Yeni redaksiyada "ən azı 5 il" deyil, "ən azı 3 il" iş stajı tələb olunur. Yəni, tələb olunan iş stajı müddəti də azaldılıb.
-Artıq dövlət ümumi təhsil müəssisəsində ən azı 15 il müəllim işləyən bütün şəxslər də bu güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər. Əvvəllər, bu kateqoriya ümumiyyətlə nəzərdə tutulmamışdı".
Qeyd edək ki, hazırda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinin şərtləri belədir: Maksimal məbləğ 100 min AZN, maksimal müddət isə 30 ildir. Minimal ilkin ödəniş 10%, maksimal faiz dərəcəsi zəmanətlə 3.7% və zəmanətsiz isə 4%-dir.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











