AZ

Microsoft: 150 milyon istifadəçi parollardan imtina edib 

 

2665348f31891be60af0dff4612ccf4b.jpg
11.05.2020 11:48

Getdikcə daha çox insan ənənəvi şifrələrin istifadəsindən imtina edir və alternativ identifikasiya həll yollarına üstünlük verirlər. Beləliklə, Microsoft-un "parolsuz" həllərindən istifadə edənlərin sayı 150 milyona çatıb. Bu rəqəm ötən il 100 milyona çatırdı.

 

TED.az xəbər verir ki, bu haqda Microsoft şirkəti öz bloqunda məlumat yayıb. 

 

Məlumata görə, bu rəqəmlər onlayn servis şirkətləri olan Azure, GitHub, Office və Xbox istifadəçilərini əhatə edir: "Hazırkı məqsədlərdən biri insanları çox faktorlu identifikasiya (MFA) həllərindən, həmçinin parolsuz identifikasiya metodlarından istifadə etməyə təşviq etməkdir. Bu, ümumiyyətlə hesablarının təhlükəsizliyini artıracaqdır. Əksər insanlar eyni parolları təkrar istifadə edir, hesablarını təhlükə altına qoyur və "sındırılmanı" asanlaşdırır".

 

Şirkətin məlumatında o da qeyd olunur ki, parollardan imtina texniki dəstəyin qiymətini azalda bilər: "Çünki işçilərin unuda biləcəkləri parolları olmayacaq ki, hansısa mütəxəssis onu yenidən bərpa etsin. Beləliklə, Microsoft daxilində işçilərin 90%-i artıq "parolsuz" identifikasiyaya keçib".

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox