AZ

Kibertəhlükəsizlik üzrə mütəxəssis axtarılır - VAKANSİYA 

 

5e312a4d63bcaf010cea56981c7206b8.jpg
12.05.2020 09:50

Elektron Hökumətin İnkişafı Mərkəzinin kibertəhlükəsizlik şöbəsində böyük mütəxəssis vəzifəsinə vakansiya elan edilib.

 

TED.az xəbər verir ki, vakansiya üzrə son müraciət tarixi iyun ayının 5-də yekunlaşacaq.

 

Vəzifə funksiyaları: 

 

• Mövcud serverlər üzərində çalışan əməliyyat sistemlərinin təhlükəsizlik analizinin, sızma testlərinin aparılmasını təmin etmək;

 

• Sistemlərin təhlükəsizliyinin dəyərləndirilməsini təmin etmək;

 

• Sistemlərdə yaranacaq boşluqların aradan qaldırılmasını təmin etmək;

 

• Modern DevOps mühitinin araşdırılmasını təmin etmək;• DevOps mühiti üzərində təhlükəsizlik analizlərinin aparılmasını təmin etmək;

 

• DevOps mühiti üzərində yaranacaq boşluqların aradan qaldırılmasını təmin etmək;

 

• Windows və Linux əməliyyat sistemləri üzərində təhlükəsizlik tədbirləri aparılması üçün təlimatların hazırlanmasını təmin etmək;

 

• Yazılmış proyektlər üzərində kod incələnməsi aparılaraq boşluqların aşkarlanması;

 

• Təhlükəsizlik boşluqlarının aşkarlanması üçün avtomatlaşdırılmış alətlərin hazırlanması;

 

• Təhlükəsiz kod yazılması üçün standartların hazırlanması və tətbiq edilməsi;

 

• Şəbəkə və yaxud istifadəçi kompüterlərində zərərli kodların aşkarlanması və analizi;

 

• Avadanlıqlara aid proqram təminatlarında ortaya çıxa biləcək boşluqların aşkarlanması;

 

• IDS, IPS, WAF kimi avadanlıqların quraşdırılması və uyğun konfiqurasiyaların edilməsi;

 

• vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

 

Təhsil və ixtisas tələbləri 

 

İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat, iqtisadiyyat və idarəetmə qrupu üzrə ali təhsili olanlara üstünlük verilir

 

Peşəkar bacarıqlara dair tələblər

 

• Proqramlaşdırma dilləri (C#, Java və s.)

 

• Web proqramlaşdırma (ASP.NET MVC, Spring MVC, PHP, HTML, Javascript, CSS və s.)

 

• Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (Oracle, MS SQL Server, MySQL, NoSQL və s.)

 

• Əməliyyat sistemləri (Windows Server (İİS-in quraşdırılması və idarə olunması), Windows, Linux, Mac)

 

• “Microsoft Office” proqramları paketi (Word, Excel, PowerPoint, Access, Outlook və s.)

 

Qeyd edək ki, namizədlərin ingilis və rus dilləri üzrə biliklərinin olması, ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmə qabiliyyətinin, eləcə də sahə üzrə iş təcrübəsinin ən azı 2 il olması vacibdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox